Bakı 16˚C Partly sunny

Çoxlarının tanımadığı boyana bitkisinin faydaları - Körpələrin və anaların ən yaxın dostu

Maraqlı 18:12 30 apr, 2022

Bu bitkidən körpə səsi gələn hər evdə istifadə edilir

<strong>Çoxlarının tanımadığı boyana bitkisinin faydaları</strong> - <span style="color:red">Körpələrin və anaların ən yaxın dostu</span>

Boyana, elmi adı isə razyana olan bu möcüzəvi bitki düz 7 il kök saldığı yerdə bitib pöhrələnir. 

2 metrə qədər hündürlüyü olan razyananı kənd yerlərində “boyana” deyə adlandırırlar. Həm toxumları, həm də bitkinin özündən istifadə edilir. 

Vətəni əsasən Aralıq dənizi ölkələridir. Özünəməxsus spesifik qoxusu var.  Hələ qədim dövrlərdə bu bitkidən körpə uşaqların qaz sancısından azad olunması üçün istifadə edilirdi. 

Razyananın tərkibində kalium, sodium, kalsium, maqnezium və fosfor başda olmaqla bir çox faydalı maddələr var. 

Bundan başqa razyanaın tərkibi A və C və B vitamini ilə zəngindir. Yarpaqları da bir çox xəstəliklərə dərman olduğuna görə razyana şəfalı bitkilər sırasında yer tutur.  Onun yarpaqlarını və toxumlarını qurudaraq ilin bütün fəsillərində istifadə etmək olur.

Qazet.az xəbər verir ki, razyanadan tibb sahəsində aşağıdakı xəstəlikləri müalicə etmək məqsədilə istifadə edilir: bronxit, ağciyər xəstəlikləri, öskürək, meteorizm, köpmə,  qəbizlik, göz xəstəlikləri, müxtəlif viruslar,  xolesterol, qan azlığı, soyuqdəymə, iştahanın artmasında, həzm prosesinin yaxşılaşmasında, temperaturun aşağı salınmasında,  xüsusilə analarda süd artırıcı kimi istifadə edilir.  

Razyana güclü sakitləşdirici təsirilə stressi azaldır, yuxusuzluğu aradan qaldırır. Tərkibindəki liflərin sayəsində razyana bitkisi ürək-damar xəstəlikləri zamanı  damar daralmasının qarşısını almaqda böyük rol oynayır. 

Razyana dəmləməsi öskürək əleyhinə təsir göstərir, bronxlar və ağciyərlərdə olan bəlğəmi yumşaltmaq və sökdürmək qabiliyyətinə malikdir. Öskürək əleyhinə olan siropların tərkibində  razyana  olur.

Tərkibində çoxlu lifli maddələr olduğuna görə isə mədə-bağırsağın işini asanlaşdırır və bağırsaqların rahat işləməsinə köməklik göstərir. Tərkibində olan antioksidantlara görə razyana soyuqdəymənin qarşısını alır, virus və bakteriyalara qarşı qoruyucu təsiri var.


 Razyana dəmləməsindən gözlərə kompres kimi istifadə etmək, gözlərdə olan yorğunluğu aradan qaldırır. Qədim Yunan əfsanələrində ilanların öz gözlərini razyana bitkisinə sürtərək rahatlıq tapdıqları haqqında çox yazılıb.

Razyana qazqovucu xüsusiyyətə malik olmaqla yanaşı, qaz əmələ gəlməsinin da qarşısını alır, qırmızı qan hüceyrələrini artırır. Razyana xərçəng əleyhinə də istifadə edilir. 

Yatmazdan əvvəl razyana çayı içmək həm insanı sakitləşdirir, həm də rahat yuxu yatmasına kömək edir. 

Razyanadan  kənd yerlərində göy qutabı, dovğa, şorbaların hazırlanmasında  çox geniş istifadə edilir. Pörtlədib sarımsaqlı qatıqla da yeyilir. Göy qovurmasında istifadə edildikdə xüsusi qoxusu ilə yeməyin ləzzətini artırır. 

Bizdən demək, sizdən isə istifadə edib xeyrini görmək. Şəfalı olsun!

mənbə