Bakı 15˚C Sunny

Cozef Baydenin təyyarəsi şiddətli fırtına ilə qarşılaşıb

Gündəm 23:59 03 yan, 2022

Prezident güclü küləyin təsiri altında bir qədər yırğalanaraq təyyarədən enib, bundan sonra onu gözləyən avtomobilə minərək oradan uzaqlaşıb.

Cozef Baydenin təyyarəsi şiddətli fırtına ilə qarşılaşıb

ABŞ Prezidenti Cozef Bayden Yeni il tətilləri ilə əlaqədar Delaver ştatında bir neçə gün qaldıqdan sonra Amerika paytaxtını bürüyən qar fırtınası zamanı Ağ Evə qayıdıb.

Qazet.az xəbər verir ki, Ağ Evin mətbuat mərkəzi bununla bağlı videonu tviterdəki hesabında yayıb. Videoda Endryus Hərbi Hava Qüvvələri bazasına çatan kimi dövlət başçısının təyyarəsinin şiddətli çovğunda qaldığı əks olunur. Jurnalistlərin sözlərinə görə, təyyarə yerə endikdən sonra Bayden təxminən yarım saat təyyarənin içində qalmalı, zolağın kifayət qədər qardan təmizlənməsini gözləməli olub.

Prezident güclü küləyin təsiri altında bir qədər yırğalanaraq təyyarədən enib, bundan sonra onu gözləyən avtomobilə minərək oradan uzaqlaşıb.