Bakı 13˚C Mostly sunny

Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici

İdman 16:23 15 yan, 2022

İlk dəfə paytaxt Bakı istisna olmaqla 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar

Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi tarixə düşüb.

Federasiyanın Mətbuat Xidmətindən Qazet.az-a verilən məlumata görə, ilk dəfə paytaxt Bakı istisna olmaqla 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar.

Qeyd edək ki, turnir yanvarın 16-da başa çatacaq. Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır. Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.