Bakı 12˚C Partly sunny

Dadlı ləzzətli "Humus" - VİDEO

Maraqlı 17:34 16 noy, 2021

Yaxın Şərqin ləzzətli qəlyanaltılarından olan humus noxuddan hazırlanan məzələrdən biridir

Dadlı ləzzətli "Humus" - <span style="color:red">VİDEO</span>

“Houmous” və ya “Humus” kimi də yazılan və oxunan qəlyanaltı ərəbcə noxud deməkdir. Bu, sadə, doyurucu və dadlı qəlyanaltılardan biridir.

Daha çox ərəb ölkələri, Yaxın Şərq və İsraildə istifadə edilir, lakin Türkiyə, Kipr və Yunanıstan kimi ölkələrdə də ənənəvi yemək kimi bişirilir və yeyilir.

Humusda olan noxud bədəninizin enerji istehsal etmək üçün istifadə edə biləcəyi yaxşı bir karbohidrat və lif mənbəyidir. Həmçinin humusda olan tahinin tərkibində sağlam yağlar var. Bu komponentlər də karbohidratların udulmasını yavaşladır. 

Kərə yağı Humus Tərkibi:

2 stəkan noxud  

5 xörək qaşığı tahin  

4 diş sarımsaq 

 1 limonun suyu  

4 xörək qaşığı su 

 ¼ fincan zeytun yağı 1 çay qaşığı kimyon

 
Üzəri üçün inqrediyentlər : 

4 xörək qaşığı kərə yağı 

1 çay qaşığı şirin paprika tozu  

1 stəkan noxud - qaynadılmış 

 

Hazırlanması: 

Noxudu gecədən suda isladın qalsın. Hazırlamazdan əvvəl 1 saat təxminən qaynadın. Bişəndən sonra qazandakı suyun bir miqdarını saxlamaq şərtilə, noxudu süzün. Suyu lazım olacaq. Əgər humusunuzun daha hamar olmasını istəyirsinizsə, bişirdiyiniz noxudun qabığını soyun.  Sarımsağı xırda doğrayın. Qaynadılmış noxud, tahini, sarımsaq, təzə sıxılmış limon suyu, su, zeytun yağı, zirə və duzu mətbəx robotunda blenderin köməyi ilə qaymaq halına gələnə qədər qarışdırın. Bunu edərək noxudun bişdiyi sudan buraya bir az əlavə edin ki, kütlə bir az açılsın. 

Kərə yağı tavada əridin, üyüdülmüş qırmızı bibər əlavə edin, qarışdırın və hazırladığınız humusun üzərinə tökərək xidmət edin.

 

Günay Cavanşir