Daha 20 təyyarə rus hərbçilərini Qazaxıstandan çıxarır
Gündəm
17:43 16 yan, 2022
KTMT sülhməramlılarının çıxarılması prosesi 13 yanvarda başlayıb
KTMT tərkibində Qazaxıstana yerləşdirilən rus sülhməramlılarını daşıyan 19 təyyarə Moskvanın “Çkalovski” aerodromuna enib.
Qazet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
An-124 “Ruslan” təyyarəsininin də Almatı aerodromundan qalxdığı və “Çkalovski” aeroidromuna uçduğu bildirilib.
Qeyd edək ki, KTMT sülhməramlılarının çıxarılması prosesi 13 yanvarda başlayıb.