Bakı 21˚C Mostly sunny

Daha 4 karateçimiz mübarizəyə başlayır

İdman 15:12 26 may, 2022

Avropa çempionatı davam edir

Daha 4 karateçimiz <span style="color:red">mübarizəyə başlayır</span>

Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatı davam edir.

Qazet.az xəbər verir ki, Azərbaycanın daha 4 karateçisi bu gün fərdi yarışlarda mübarizəyə start verəcək. Əminağa Quliyev (60 kq) 1/16 final mərhələsində polşalı Bartoş Voyçexovski ilə, Tural Ağalarzadə (67 kq) 1/32 finalda sloveniyalı Jaka Talerlə görüşəcək.

Qadınların yarışında İnci Əzizova (50 kq) 1/16 finalda latviyalı Aleksandra Mihailova ilə, Mədinə Sadiqova (55 kq) isə eyni raundda slovakiyalı Hana Kuklova ilə qarşılaşacaq