Bakı 14˚C Sunny

Daha bir erməni geri qaytarıldı

Gündəm 00:16 16 yan, 2022

Andranik Aleksanyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb

Daha bir erməni geri qaytarıldı

Ötən gün Azərbaycan hərbçilərinin olduğu posta yaxınlaşan 68 yaşlı Andranik Aleksanyan geri qaytarılıb.

Qazet.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Andranik Aleksanyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb.

Qeyd edək ki, son günlər ermənilərin “azaraq”, əsgərlərimizə tərəf gəlməsi hallara çoxalıb. Azərbaycan Ordusu onları geri qaytardıqda isə erməni mediası “Azərbaycan Ordusunun ələ keçirdiyi erməni mülki vətəndaş geri qaytarıldı” başlığı ilə xəbərlər verir və bu xəbərlərdə “azan” ermənini məhz Azərbaycanın geri qaytarması haqda bir ifadə də işlədilmir.

Halbuki, məsələn, 13 yanvar tarixində də “azan” ermənini elə həmin gün də Azərbaycan əsgərləri rus sülhməramlılarına təhvil vermiş, onu hətta bir neçə saat da saxlamamışdılar.