Bakı 9˚C Sunny

Daha bir müəllim virusdan ÖLDÜ

Hadisə 18:22 16 yan, 2022

Gülbəniz Poladova artıq iki həftə idi ki, evdə mualicə alırdı

Daha bir müəllim virusdan ÖLDÜ

Nərimanov rayonu məktəb-lisey kompleksin riyaziyyat müəllimi koronovirusdan öldü.

Saytımıza daxil olan məlumata görə, Nərimanov rayonu məktəb lisey kompleksində, riyaziyyat müəllimi işləyən daha bir müəllim koronovirusdan dünyasını dəyişib.

Qazet.az xəbər verir ki, Gülbəniz Poladova artıq iki həftə idi ki, evdə mualicə alırdı. Daha sonra vəziyyəti pisləşdiyi üçün, ailəsi onu reanimasiyaya yerləşdirmişdi. 

Qeyd edək ki, məktəbin Facebook Səhfəsində bunlar yazılıb :

Bu səhəri acı xəbərlə açdıq...
Bütün kollektivin sevimlisi, uzun illər məktəbizdə riyaziyyat müəllimi vəzifəsində çalışan Gülbəniz Poladova vaxtsız dünyasını dəyişib. Məktəb rəhbərliyi və bütün kollektiv adından mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!