Bakı 25˚C Sunny

Daha bir ölkədə meymunçiçəyinə yoluxma qeydə alınıb

Gündəm 03:51 29 may, 2022

Xoşbəxtlikdən onun vəziyyəti stabildir

Daha bir ölkədə meymunçiçəyinə yoluxma qeydə alınıb

Meksikada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.

Qazet.az xəbər verir ki, bu barədə Meksikanın səhiyyə nazirinin müavini Huqo Lopes-Qatell bildirib.

“Virusun aşkarlandığı 50 yaşlı Nyu-York sakinidir və ehtimal ki, Niderlandda yoluxub. O, hazırda Mexikodadır. Xoşbəxtlikdən onun vəziyyəti stabildir, vəziyyəti yaxşıdır”-deyə, o bildirib.