Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
Dünya02:1124 may, 2022

“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”

Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
Bizi-da oxuyun

Danimarka hakimiyyəti Ukraynaya “Harpun” gəmi əleyhinə raket və buraxılış qurğuları verəcək.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

Pentaqon rəhbəri Kiyevə hərbi yardım göstərmək üçün Qərb ölkələri tərəfindən yaradılan təmas qrupunun ikinci onlayn iclasının yekunları üzrə danışarkən bildirib ki, 20-yə yaxın ölkə Ukrayna paytaxtına göndərəcəyi yardım paketini açıqlayıb.

“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”, - Ostin bildirib.

Fikriniz