Bakı 15˚C Mostly sunny

Daşkəsəndə 17 yaşlı gənc itkin düşüb

Hadisə 13:00 27 okt, 2021

Hadisə oktyabrın 26-da rayonun Qaraqollar kəndində qeydə alınıb

Daşkəsəndə 17 yaşlı gənc itkin düşüb

Daşkəsəndə gənc oğlan itkin düşüb.

Qazet.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 26-da rayonun Qaraqollar kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü İsgəndərov Araz Ayaz oğlu evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.