Bakı 7˚C Sunny

Daşkəsəndə ağır yol qəzası: yük maşını dərəyə aşdı

Hadisə 11:01 09 noy, 2021

Hadisə rayonun dağlıq ərazisində qeydə alınıb

Daşkəsəndə ağır yol qəzası: yük maşını dərəyə aşdı

Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.

"MAN" markalı yük avtomobili hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı sürücü, 1970-ci il təvəllüdlü Manaf Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.