Daşqınlar Çinin Henan əyalətində 33 nəfərin həyatına son qoyub
Dünya09:0922 iyul, 2021

 Fəlakət zonasında 3 milyondan çox insanın olduğu deyilir

Daşqınlar Çinin Henan əyalətində 33 nəfərin həyatına son qoyub
Bizi-da oxuyun

Çinin mərkəzi Henan əyalətində daşqınlar ölümlərə səbəb olub. 

Qazet.az "TASS"a istinadən xəbər verir ki, 33 nəfər həyatını itirib. Hadisə nəticəsində 256 mindən çox insan təhlükəsiz bölgələrə təxliyyə edilib. Fəlakət zonasında 3 milyondan çox insanın olduğu deyilir. 

Yerli hakimiyyət orqanlarının məlumatında bildirilib ki, bundan əvvəl vilayətin inzibati mərkəzi olan Çjençjoy şəhərində 25 nəfər həyatını itirib, Qunqi şəhərində də 4 nəfər təbii fəlakətin qurbanı olub.

Tehran Orucoğlu


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0