Bakı 13˚C Mostly sunny

DÇ-2022: Argentina heç-heçə edib, Braziliya qələbə qazanıb

Gündəm 11:14 08 okt, 2021

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb

DÇ-2022: Argentina heç-heçə edib, Braziliya qələbə qazanıb

Argentina millisi 2022-ci dünya çempionatının seçmə mərhələsinin XI turunda Paraqvayın qonağı olub.

Qazet.az-ın məlumatına görə, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Yığmanın ulduz futbolçusu Lionel Messi oyuna start heyətdə başlayıb və sonadək meydanda olub. Argentina 19 xalla ikinci, meydan sahibləri isə 12 xalla altıncı pillədə qərarlaşıb.

Günün digər görüşündə Braziliya Venesuela ilə üz-üzə gəlib. "Sambaçılar" səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib. 5 qat dünya çempionu 27 xalla liderdir. Venesuela isə 4 xalla sonuncu - 10-cu sırada yer alıb.