Bakı 24˚C Partly sunny

DÇ-2022: Argentina qələbə qazanıb, Braziliya heç-heçə edib

Gündəm 11:35 11 okt, 2021

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb

DÇ-2022: Argentina qələbə qazanıb, Braziliya heç-heçə edib

Argentina millisi 2022-ci il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələ oyununda Uruqvayı qəbul edib.

Qazet.az məlumatına görə, qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Lionel Messi 38-ci, Rodriqo De Paul 44-cü, Lautaro Martines 64-cü dəqiqədə vurub.

Braziliya seçməsi isə Kolumbiya ilə səfər görüşündə qolsuz heç-heçə edib.

Beləliklə, Braziliya 28 xalla liderdir. Argentina 22 xalla ikinci, Ekvador və Uruqvay hərəyə 16 xalla 3-4-cü, Kolumbiya isə 15 xalla 5-cidir.