Bakı 13˚C Mostly sunny

DÇ-2022: Finlandiya yığması azlıqda Bosniya və Herseqovinaya qalib gəlib

İdman 00:12 14 noy, 2021

İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.

DÇ-2022: Finlandiya yığması azlıqda Bosniya və Herseqovinaya qalib gəlib

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX turun son oyun gününə start verilib.

Qazet.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında Bosniya və Herseqovina yığması Finlandiyanı qəbul edib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Skandinaviyalılar 37-ci dəqiqədə Yukka Raytalanın qırmızı vərəqə almasına baxmayaraq, azlıqda qalib gəlməyi bacarıblar.

İlk 2 qolu Finlandiya millisindən Markus Forss 29-cu, Robin Lod 51-ci dəqiqədə vurub. 69-cu dəqiqədə Luka Menalo fərqi azaltsa da, 73-cü dəqiqədə 17 yaşlı Daniel O Şonessi yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xalını 11-ə çatdıran Finlandiya D qrupunda 2-ci pilləyə yüksəlib. 7 xala malik Bosniya və Herseqovina isə 4-cü pillədə qalıb və pley-off şanslarını itirib.