Bakı 12˚C Partly sunny

DÇ-2022-nin püşkatma mərasiminin tarixi açıqlandı

İdman 05:15 21 okt, 2021

Final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək olacaq.

DÇ-2022-nin püşkatma mərasiminin tarixi açıqlandı

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin tarixi məlum olub.

“Qazet.az” xəbər verir ki, tədbir gələn il aprelin 1-də təşkil olunacaq.

Qeyd edək ki, yarışın təsnifat mərhələsi bu il noyabr ayında başa çatacaq. Pley-off mərhələsinin matçlarının növbəti il 24-29 mart tarixlərində keçirilməsi planlaşdırılır.

Final mərhələsi isə 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək olacaq.