Bakı 15˚C Mostly sunny

Dəniz blokadasını bu şərtlə götürəcəyik - Rusiya XİN

Gündəm 20:18 19 may, 2022

Rəsmi açıqlama 

Dəniz blokadasını bu şərtlə götürəcəyik - Rusiya XİN

Rusiya Ukrayna dəniz limanlarından blokadanın götürülməsi şərtlərini açıqlayıb.

 Qazet.az xəbər verir ki, bu barədə “tass” məlumat yayıb.

Məlumata görə, şərtləri Rusiya XİN başçısının müavini Andrey Rudenko səsləndirib.

O, Ukraynadakı limanlara çıxışın açılmasını Qərbin Rusiya ixracına tətbiq etdiyi sanksiyaların ləğvi qarşılığında ola biləcəyini deyib:

"Bu, məsələni çox əhatəli və hərtərəfli nəzərdən keçirmək lazımdır: əgər tərəfdaşlarımız həllə nail olmaq istəyirlərsə, o zaman digər məsələlərlə yanaşı, Rusiya ixracına tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı problemləri həll etmək lazımdır", - Rudenko vurğulayıb.