İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır
Dövlət İmtahan Mərkəzi aprelin 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı və Gəncə şəhərlərində test imtahanları keçirəcək.
DİM-dən Qazet.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi"ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır) gətirməlidirlər.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 5, Gəncədə isə 1 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 411, BB qrupu üzrə 960 olmaqla, ümumilikdə 1 371 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.
Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb
NATO-nun Baş katibi: "Rusiya sərhədə hərbçi toplamağa son qoymalıdır"
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı
Azərbaycan şirkətləri Ukraynada özəlləşdirmədə iştirak edə bilər
“Azərsu” ASC-nin əməkdaşı iş yerində vəfat etdi
Maliyyə Monitorinqi Xidməti Ümumi Siyahısını yeniləyib
ÜST ərzaq bazarlarında vəhşi məməlilərin satışına son qoyulmasını istəyib
Bakının Ramana qəsəbəsinin mərkəzi küçəsi əsaslı şəkildə təmir olunur
Leydi Qaqa Romada "Gucci"nin çəkilişləri üçün gəlinlik paltarında - FOTO
Kürdəmir sakini atasına yas mərasimi keçirdiyinə görə cərimələnib
Fikriniz
- 0
- 0
- 0
- 0
- 0
- 0
- Rəy yazın
- Rəylər
- Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb
"Həmçinin həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək
Cəmiyyət16:48 13.04.2021 - NATO-nun Baş katibi: "Rusiya sərhədə hərbçi toplamağa son qoymalıdır"
Ukraynanın şərqində Rusiyayönlü separatçılarla döyüşlərdə 13 mindən çox insan ölüb
Xəbərlər16:39 13.04.2021 - Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı
Son sutkada 34 nəfər “COVID-19”dan vəfat edib
Gündəm16:36 13.04.2021
Azərbaycanda karantin rejimi sərtləşdirilir? - TƏBİB-dən AÇIQLAMA
Dünən həbsdən çıxdı, bu gün evi yandırıb arvadını döydü - FOTO
Azərbaycanda karantin rejimi sərtləşdirilir - Brifinqin tarixi məlum oldu
"Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq, lazım olsa, adekvat cavab verəcəyik" - Balasanyan
Cəmiyyət
Hamısına bax- Kürdəmir sakini atasına yas mərasimi keçirdiyinə görə cərimələnib
Polis əməkdaşları Famil Süleymanovu saxlayaraq polis şöbəsinə gətiriblər
Cəmiyyət15:48 13.04.2021 - Göyçayda kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Polislər tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər
Cəmiyyət14:27 13.04.2021
- Sabah Bakıda yağış yağacaq
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək
Cəmiyyət14:16 13.04.2021 - Bu qurumda çalışan əməkdaşların əmək haqqları artırılır
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib
Cəmiyyət14:05 13.04.2021