Bakı 7˚C Sunny

"Dinamo"nun baş məşqçisi: "Emrelinin "Sevilya"ya qarşı oynamaq şansı var"

Gündəm 09:12 17 fev, 2022

Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

"Dinamo"nun baş məşqçisi: "Emrelinin "Sevilya"ya qarşı oynamaq şansı var"

"Mahir Emrelinin "Sevilya"ya qarşı oynamaq şansı var".

Qazet.az-ın məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Jelko Kopiç İspaniyada "Sevilya"ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, sabahkı matçda digər futbolçular kimi, Azərbaycan millisinin hücumçusuna da şans verə bilər: Biz onu komandanı gücləndirmək üçün dəvət etmişik. Amma ideal vəziyyətdə deyil. Bunu da nəzərə almalıyıq".

Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Sevilya" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.