DİQQƏT: Bakının bu əraziləri susuz qaldı
Problem16:0023 iyun, 2022

"Azərsu" ASC-dən bildirilib

DİQQƏT: Bakının bu əraziləri susuz qaldı
Bizi-da oxuyun

Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Bu barədə Qazet.az-a "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, buna magistral su xəttində baş vermiş qəza səbəb olub.

"Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda qeyd olunub.

Fikriniz