Bakı 7˚C Sunny

Diqqət! Bayramda bu qidaları bir-birinin ardınca qəbul etməyin

Cəmiyyət 11:30 08 iyl, 2022

Bayram günlərində qidalanmamıza  diqqət erməliyik

Diqqət! Bayramda bu qidaları bir-birinin ardınca qəbul etməyin

Qurban bayramına sayılı günlər qalıb. Bayram günlərində ət və şirniyyata təlabat artır. Bu səbəbdən qida çeşidinin dəyişmək həzm çətinliyi, yüksək təzyiq və ürək xəstəlikləri olan insanlara problem yaradır.

Qazet.az-ın araşdırmasına görə, xüsusi çəki problemi, yüksək təzyiq, şəkərli diabet və ürək-damar xəstəlikləri olan insanlar bayram süfrəsinə daha çox diqqət etməlidirlər. Həkimlər Qurban bayramında qəbul edilən ətin doymuş yağ və xolesterol baxımından daha zəngin olduğunu bildirir.

Təzyiq və ya şəkər xəstəliyi kimi sağlamlıq problemləri olan insanlar ətin daha az yağlı hissələrinə üstünlük verməlidirlər. Qızartma əvəzinə qaynama, qovurma və sobada bişmiş yeməklər yemək daha yaxşıdır. Tərəvəzli ət yeməklərinə  yağ əlavə etməyə ehtiyac yoxdur. Bununla belə gün ərzində qəbul edilən ətin 100 qramdan artıq olmamasına diqqət yetirilməlidir. Tərəvəz və salatlar ətlə birlikdə yeyilməlidir. 

Çörəyə gəlincə, ağ un əvəzinə tam buğda və ya çovdar çörəyinə üstünlük verilməlidir. Çörək qəbul edilmirsə şorba, bulqur, plov və daha asan həzm olunan qidalardan istifadə etmək məsləhətdir. Mütəxəssislərin sözlərinə görə, bayramda edilən ən böyük səhvlərdən biri səhər yeməyindən uzaq durmaqdır.

Günə yüngül səhər yeməyi ilə başlayın və gün ərzində yeməklərin miqdarını azaltmalısınız. Yeməkdən sonra həzm olunması çətin olan qida və içkilərdən uzaq durmaq lazımdır. Yeməkdən bir saat sonra yaşıl çay və ya ayran içə bilərsiniz.

Yeməkdən sonra şirniyyat sağlamlıq üçün təhlükəlidir. Bunun əvəzinə tez həzm olunan südlü və ya meyvəli desertlərə üstünlük verin. 

Yeməkdən 30-40 dəqiqə sonra gəzintiyə çıxın. Lift əvəzinə pilləkənlərdən istifadə edin. Qısa məsafələri piyada getməyi vərdiş edin. Unutmayın ki, az da olsa hərəkət etmək heç hərəkət etməməkdən daha yaxşıdır.