Bakı 16˚C Partly sunny

Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi axtarır

Gündəm 16:50 15 okt, 2021

Aşağıdakı sənədlərin qəbulu 2021-ci il dekabrın 1-dək davam edəcək

Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi axtarır

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edib.

Teatrdan Qazet.az-a verilən məlumata görə, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

Aşağıdakı sənədlərin qəbulu 2021-ci il dekabrın 1-dək davam edəcək:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri