Bakı 8˚C Sunny

DTX DGK-da daha bir əməliyyat keçirdi: saxlanılanlar var

Gündəm 20:14 01 iyl, 2022

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

DTX DGK-da daha bir əməliyyat keçirdi: saxlanılanlar var

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.

Qazet.az Sabah.az-a istinadən xəbər verir ki, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Əməliyyat zamanı saxlanılanlardan biri Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevdir.

O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin qohumudur. Mətbuatda R.Babayevin nazirin əmisi oğlu olması ilə bağlı dəfələrlə yazılar dərc olunub.
R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.