Bakı 13˚C Cloudy

Dünya çempionatı: Alfonso Dominges 1/4 finala yüksəlib

İdman 21:20 31 okt, 2021

Rəqibinə qalib gələn Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.

Dünya çempionatı: Alfonso Dominges 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/8 final görüşünə çıxıb.

Qazet.az-ın məlumatına görə, 86 kq-da mübarizə aparan idmançı rumıniyalı Pol-Andrey Aradoae ilə qarşılaşıb.

Rəqibinə qalib gələn Dominges növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi rusiyalı Şarapuddin Atayev olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 boksçusu - Tayfur Əliyev (60 kq), Sərxan Əliyev (71 kq) və Məhəmməd Abdullayev (+92 kq) 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.