Bakı 20˚C Mostly sunny

Dünya çempionatında iştirak edəcək güləşçilərimiz - Siyahı

İdman 09:14 02 okt, 2021

Həsrət Cəfərov, Ülvü Qənizadə və Murad Lokyayev ilk dəfə böyüklərin dünya çempionatında iştirak edəcək.

Dünya çempionatında iştirak edəcək güləşçilərimiz - Siyahı

Oktyabrın 2-dən 10-dək Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı keçiriləcək.

Güləş Federasiyasından qazet.az-a verilən məlumata görə yarışda iştirak edəcək yunan-Roma güləşi üzrə millimizin dünya çempionatında iştirak edəcək heyəti açıqlanıb. Belə ki, heyətə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelakinin (130 kq) adı salınıb.

Həsrət Cəfərov, Ülvü Qənizadə və Murad Lokyayev ilk dəfə böyüklərin dünya çempionatında iştirak edəcək.