Bakı 3˚C Mostly cloudy

Dünya Musiqi Gününüz Mübarək!

Maraqlı 17:30 21 iyn, 2022

Musiqi bir çox insanlar tərəfindən müalicəvi hesab olunur

Dünya Musiqi Gününüz Mübarək!

İyunun 21-də Ümumdünya Musiqi Günü qeyd olunur. 

Albert Eyinşteyn vaxtilə deyib: 

“Əgər mən fizik olmasaydım, yəqin ki, musiqiçi olardım. Mən tez-tez musiqi haqqında düşünürəm. Xəyallarımı musiqidə yaşayıram. 
Mən həyatımı musiqi kimi görürəm”. 

 
 

Musiqi həyatımızda mühüm rol oynayır. Bəziləri onu terapevtik hesab edir, ekspertlər bunun stressi azaltdığını və yuxu keyfiyyətini yaxşılaşdırdığını iddia edirlər.

Musiqi müxtəlif təbəqələrdən olan insanları bir araya gətirən vasitədir. Ruhu birləşdirən, gözəlləşdirən bir yoldur.

İncidiyiniz və ya kədərləndiyiniz zaman bir az musiqiyə qulaq asın və özünüzü daha yaxşı hiss edəcəksiniz.

Bəs bilirsinizmi, ilk Dünya Musiqi Günü 1982-ci ildə qeyd olunub.  Fransada o dövrdə  Fransanın mədəniyyət naziri Cek Lanq tərəfindən təşkil edilmişdir?

Bu gün “Fete de la Musique” və ya “Make Music Day” kimi də tanınır.

Ümumdünya Musiqi Günündə bütün dünyada gənc sənətçiləri önə çıxarmağa və istedadlarını nümayiş etdirməyə təşviq etmək üçün bir sıra tədbirlər təşkil olunur. 

120-dən çox ölkə Dünya Musiqi Gününü qeyd edir və parklarda, stadionlarda,ictimai yerlərdə pulsuz ictimai konsertlər təşkil edilir.

Daha bir ehtimala görə, musiqi günü ideyası 1976-ci ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21 dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edir və beləliklə, həmin gün tarixdə Ümumdünya Musiqi Günü kimi qalır.

Ümumdünya Musiqi Günü münasibəti ilə sizləri ürəkdən təbrik edirik!