Dünyaca məşhur kamança ustası Bakıda konsert verəcək
Maraqlı
14:24 20 apr, 2022
Kamança ustası Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək
Dünyaca məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.
Qazet.az xəbər verir ki, kamança ustası Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
İyunun 19-da keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsində baş tutacaq.
Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.