Bakı 25˚C Partly sunny

Dünyaca məşhur müğənni əslən İrəvan azərbaycanlısı olduğunu açıqladı

Maraqlı 23:06 13 dek, 2021

2018-ci ildə Moskvada “Mədinə” mahnısına görə ilk “Qızıl qrammofon”unu alıb.

Dünyaca məşhur müğənni əslən İrəvan azərbaycanlısı olduğunu açıqladı

Hazırda Ukraynanın paytaxtı Kiyev şəhərində yaşayan azərbaycanlı repçi, müğənni və prodüser Jah Khalib əslən hardan olduğunu açıqlayıb.

Qazet.az xəbər verir ki, bu haqda o, yerli telekanalların birinə verdiyi müsahibəsi zamanı deyib.

Jah Khalibin sözlərinə görə, onun atası Qərbi Azərbaycandandır (indiki Ermənistan):

“Əslən kökümüz İrəvanlıdır. Onları Çar Rusiyası dövründə başqa kəndə köçürüblər. İndi ordan gələnlərə “yeraz” deyirlər. Bu da “Yereyan azərbaycanlısı” mənasını daşıyır. Bəzən düşünəndə vətəniminin olmadığını hiss edirəm. Evimizi, kəndimizi hər yerdə axtarıram və tapa bilmirəm. Buna görə özümü vətənsiz hesab edirəm”.

Xatırladaq ki, Jah Khalibin əsil adı Bəxtiyar Məmmədovdur. O, 1993-cü il sentyabrın 29-da Qazaxıstanın Alma-Ata şəhərində dünyaya gəlib.

Atası Hüseyn Məmmədov azərbaycanlı, anası Ləzzat Məmmədova nayman soyundan olan qazaxdır. Uşaqlıqdan repə həvəs göstəririb. Musiqi məktəbində saksafon sinfində oxuyub. Kurmanqazi adına Qazax Milli Konservatoriyasının Musiqişünaslıq və İdarəetmə fakültəsində təhsil alıb.

Beatmeyker və səs prodüseri kimi bir çox Qazaxıstan reperləri ilə işləyib. Solo karyeyaya başlayandan sonra Jah Khalib adını özünə səhnə təxəllüsü götürüb. Onun sözlərinə görə, Khalib uydurulmuş ad, Jah (Ca) isə rastafari hərəkatında allah adıdır.

Treklərinin sosial şəbəkələrdə yayılması sayəsində geniş şöhrət qazanıb. Onun ilk trekləri arasında daha çox “Tvoi sonnıe qlaza”, “SnD”, “Sjiqaya dotla” və “Tı dlya menya” populyar olub.

Jah Khalib tezliklə nəinki Qazaxıstanda, həmçinin digər postsovet ölkələrində də məşhur olub.

2018-ci ildə Moskvada “Mədinə” mahnısına görə ilk “Qızıl qrammofon”unu alıb. 2019-cu ilin yayında yaşamaq üçün Kiyevə köçüb.

bizim.media