İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov müraciətdə bildirib
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciət edib.
Qazet.az xəbər verir ki, İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov müraciətdə bildirib:
"2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün boyunca "Bakı Kristal Holl" və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı keçiriləcəkdir.
Fefsifalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil edilib.
Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər.
Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və "Kristal Holl" istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir.
Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, "Kristal Holl" və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır.
Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik".
Rusiya korona ilə bağlı bütün qadağaları ləğv etdi
Naxçıvan-Türkiyə sərhədi niyə bağlandı?
102 yaşlı əkiz bacılar sağlamlığın sirrini açdı
Bələdiyyə sədri timsahla EVLƏNDİ - FOTOLAR
Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirdi
Peyvənd olunanların sayı açıqlandı
Operativ Qərargah məlumat yaydı - Bu gün...
Ukraynada 4 rus agenti SAXLANILDI
Torpaq sürüşməsi nəticəsində 150-dən çox ev torpaq altında qalıb
Üçtərəfli anlaşmada diqqətdən qaçan məqam – Türkiyədən ilk həmlə gəldi
Fikriniz
- Rəy yazın
- Rəylər
- Rusiya korona ilə bağlı bütün qadağaları ləğv etdi
Bu barədə “Rospotrebnadzor” məlumat yayıb
Dünya17:06 01.07.2022 - Naxçıvan-Türkiyə sərhədi niyə bağlandı?
“Sərhədlərin bağlanması sentyabrın 1-ə kimi qüvvədədir"
Azərbaycan17:01 01.07.2022 - 102 yaşlı əkiz bacılar sağlamlığın sirrini açdı
BBC bu barədə yazır
Lifestyle16:56 01.07.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Gündəm
Hamısına bax