Əfqanıstan məsələsində İngiltərə Pakistanla əməkdaşlıq edəcək
Dünya17:2025 noyabr, 2021

İngilis rəsmisi Pakistana üç günlük səfəri çərçivəsində ölkə rəsmiləri ilə bu barədə müzakirələr aparacaq

Əfqanıstan məsələsində İngiltərə Pakistanla əməkdaşlıq edəcək
Bizi-da oxuyun

İngiltərə Əfqanıstanda terrorizmin genişlənməsinin qarşısını almaq üçün rəsmi İslamabadla əməkdaşlıq edəcək.

Qazet.az xəbər verir ki, bunu İngiltərənin Əfqanıstan və Pakistan məsələləri üzrə nümayəndəsi Niki Kassi səsləndirib.

İslamabaddakı ingilis səfirliyinin məlumatına əsasən İngiltərə əfqanlara humanitar yardımların çatdırılması və Əfqanıstanda terrorizmin inkişafının qarşısının alınması üçün Pakistanla əməkdaşlıq edəcək.

Niki Kassi bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra ölkəsi burada sabitliyin və asayişin qorunması üçün əlindən gələni əsirgəməyəcək.

Fikriniz