Bakı 15˚C Sunny

Əfsanəvi Tayson yenidən rinqə qayıdır

İdman 02:14 27 okt, 2021

Hələlik onun kiminlə rinqə çıxacağı elan edilməyib.

Əfsanəvi Tayson yenidən rinqə qayıdır

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson rinqə qayıdacaq.

Qazet.az xəbər verir ki, bu barədə “San” nəşrinin məlumatını Tayson təsdiqləyib.

55 yaşlı boksçu bildirib ki, 2022-ci ilin əvvəllərində döyüş keçirmək niyyətindədir:

“Fevralda döyüşmək istəyirəm. Bu, gərək ciddi çağırış olsun“.

Hələlik onun kiminlə rinqə çıxacağı elan edilməyib. Ancaq bəzi mənbələr bunun Cey və yaxud Loqan Pol olacağını iddia edib. Çünki Tayson Pol qardaşlarından hər hansı biri ilə rinqə çıxmağa razı olacağını demişdi.