Bakı 13˚C Mostly sunny

Əfv sərəncamının icrası başa çatdı

Cəmiyyət 16:43 28 may, 2022

36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib

Əfv sərəncamının icrası başa çatdı

Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.

Qazet.az xəbər verir ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

Onlardan 167 şəxs azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsindən azad olunub. 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 şəxsin azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməmiş hissəsi yarıyadək endirilib.

3 şəxs şərti məhkum etmədən azad edilib, 6 şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad olunub.