Bakı 13˚C Cloudy

Ekvador mövcud olmayan futbolçu ilə DÇ-yə yollanmağa hazırlaşır

İdman 23:25 07 may, 2022

Bu tarixdə və bu adda doğulan şəxs, əslində mövcud deyil və müdafiəçi sənədlərin saxtalaşdırılması ilə məşğuldur

Ekvador mövcud olmayan futbolçu ilə DÇ-yə yollanmağa hazırlaşır

Çili Futbol Federasiyası FİFA-ya etiraz edərək Ekvador yığmasının Qətərdə keçiriləcək Dünya Çempionatından kənarlaşdırılmasını xahiş edib.

Əgər qurumdan müsbət cavab alınarsa Ekvadorun yerini məhz Çili millisi tutacaq.

İddiaya görə, Ekvador millisinin futbolçusu saxta sənədlərlə yarışda iştirak etməyə hazırlaşır. Söhbət müdafiəçi Bayron Kastilyodan gedir.

Çili tərəfi onun 25 iyul 1995-ci ildə Kolumbiyanın Tumako şəhərində anadan olması ilə bağlı FIFA-ya sənədlər təqdim edib. Halbuki, futbolçunun quruma təqdim etdiyi rəsmi qeydlərdə Kastilyonun 1998-ci il noyabrın 10-da Ekvadorda doğulduğu göstərilir. Çili tərəfi bildirir ki, bu tarixdə və bu adda doğulan şəxs, əslində mövcud deyil və müdafiəçi sənədlərin saxtalaşdırılması ilə məşğuldur.

Qeyd edək ki, Kastilyo mundialın seçmə mərhələsində səkkiz oyunda iştirak edib.

Mənbə: “Marca”