Bakı 26˚C Mostly sunny

Elbrus dağında ölən alpinistlərin sayı 5-ə çatıb - YENİLƏNİB

Gündəm 09:40 24 sen, 2021

Həyatını itirən alpinistlərin sayı artıb

Elbrus dağında ölən alpinistlərin sayı 5-ə çatıb - <span style="color:red">YENİLƏNİB</span>

09:32

Sentyabrın 23-də Elbrus dağında əlverişsiz hava şəraiti səbəbindən həyatını itirən alpinistlərin sayı 5-ə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkariya Baş İdarəsinin rəisi Mixail Nadejin məlumat verib.

Axtarış-xilasetmə işləri zamanı sağ qalan 14 nəfərin hamısı xəstəxanaya çatdırılıb. Onlardan 11 nəfəri Nalçik şəhərindəki xəstəxanaya yerləşdirilib. Üç nəfər isə ilkin tibbi yardımdan sonra sərbəst buraxılıb.

07:13

Elbrus dağında 3 alpinist həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilib ki, ekspedisiya qrupunun 8 üzvü xilas edilib.

Əlavə məlumat verilmir.