Bakı 21˚C Mostly sunny

Elm adamları robotlar üçün canlı dəri hazırladı - VİDEO

Gündəm 14:12 23 iyn, 2022

Texnologiyada daha bir inanılmaz addım

Elm adamları robotlar üçün canlı dəri hazırladı - VİDEO

Canlı robot dərisini yaratmaqla bir robotu insana nəzərəçarpacaq dərəcədə bənzətməyə həmişəkindən daha yaxınıq. Bu “çirkli” görünüşlü maddə su itələyicidir, özünü sağaldır və əsil insan dərisi kimi bir quruluşa malikdir.

Çünki o, əslində insan dəri hüceyrələrindən ibarətdir.

Qazet.az xəbər verir ki, Tokio Universitetinin toxuma mühəndisi Şoji Takeuçi deyib : "Məncə canlı dəri robotlara canlı məxluqların görünüşünü və toxunuşunu vermək üçün son həll yoludur, çünki o, heyvanların bədənlərini əhatə edən eyni materialdır" .

Tədqiqatçılar laboratoriyada yetişdirilən bu dərinin prototipi ilə üçbucaqlı, işləyən robot barmağını uğurla yaradıblar.

Robotun səthlərinə dərini əkmək üçün əvvəlki cəhdlər çətin görünürdü, buna görə də Tokio Universitetinin toxuma mühəndisi Michio Kavai və həmkarları dərinin cihaz üzərində formalaşmasına imkan verən yeni bir metod tətbiq ediblər.


Qaynaq
 



Qaynaq