Bakı 15˚C Sunny

Energetika Nazirliyi 9 ayda 178 icazə verib

Gündəm 18:10 15 okt, 2021

 İcazələr 5 saylı Bakı “ASAN xidmət” mərkəzində verilib

Energetika Nazirliyi 9 ayda 178 icazə verib

Bu ilin III rübündə Energetika Nazirliyi “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 53 icazə verib.

Qazet.az nazirliyə istinadən xəbər verir ki, icazələr 5 saylı Bakı “ASAN xidmət” mərkəzində verilib.

Bu ilin yanvar-sentyabr aylarında isə qurum ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 178 icazə verib. Onlardan 167-si ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 8-i isə tranzitı ilə bağlı olub. 160 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Energetika Nazirliyi 3 növ icazənin verilməsini “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.