Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Qazet.az xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti dövlətimizin başçısını Zəfər Günü münasibətilə təbrik edib, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzularını çatdırıb. Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyib.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev bu Qələbənin qazanılmasında Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın dəstəyini bir daha yüksək qiymətləndirərək, xüsusi olaraq vurğuladı ki, məhz müharibənin ilk günlərindən Türkiyə Prezidentinin qətiyyətli mövqeyi və bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Bütün bunlar xalqımıza və Ordumuza böyük mənəvi dəstək oldu.
Dövlətimiz başçısı Türkiyə Prezidentinin bu yaxınlarda Füzuli və Zəngilan rayonlarına səfərinin Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü olduğunu vurğuladı.
Dövlət başçıları Qələbənin Azərbaycan-Türkiyə qardaşlığı və birliyinin növbəti bir parlaq səhifəsi olduğunu qeyd ediblər.
Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə, Azərbaycan ilə Türkiyənin daim bir-birinin yanında olacaqlarına əminlik ifadə edilib.
Millimizin futbolçusu Portuqaliya klubundan ayrıldı
Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
Ərdoğan üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirdi
"Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib
Ukrayna Rusiyanın daha bir hücumunun qarşısını aldı
Türkiyədə avtobus qəzaya uğrayıb, onlarla insan xəsarət alıb
Türkiyə lideri: “Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur”
"Ən səmimi mövqeyi biz göstərdik" - Ərdoğan
Azərbaycan Prezidenti Brüsseldə Zəngəzur dəhlizi ilə bağlı razılıq əldə olunduğunu bildirib
İlham Əliyev Ərdoğana zəng edib
Fikriniz
- Rəy yazın
- Rəylər
- Millimizin futbolçusu Portuqaliya klubundan ayrıldı
Qeyd edək ki, futbolçu müqavilə əsasında İngiltərənin "Vulverhempton" klubuna məxsusdur.
Azərbaycan03:13 24.05.2022 - Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”
Dünya02:11 24.05.2022 - Ərdoğan üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirdi
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Dünya01:09 24.05.2022
Azərbaycanın Xalq artisti VƏFAT ETDİ - FOTO
Ordumuz Ağdərədə seperatçılarla TOQQUŞDU: 13 post alındı / VİDEO
Metrodan istifadə edənlər üçün ŞAD XƏBƏR
SON DƏQİQƏ! Ermənilər Qarabağa gedən yük maşınlarını geri qaytardı
Gündəm
Hamısına bax- Danimarka Ukraynaya gəmi əleyhinə “Harpun” raketləri verəcək
“Mən bu gün Ukraynaya sahillərini müdafiə etmək üçün “Harpun” buraxılış qurğusu və raketlər təqdim edəcəyini elan edən Danimarkaya xüsusilə minnətdaram”
Dünya02:11 24.05.2022 - Ərdoğan üçtərəfli görüşün nəticələrini yüksək qiymətləndirdi
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Dünya01:09 24.05.2022
- "Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib
Qeyd edək ki, geridə qalan mövsümdə "Bavariya"da 46 oyun keçirən Robert Levandovski 50 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Dünya00:44 24.05.2022 - Ukrayna Rusiyanın daha bir hücumunun qarşısını aldı
O bildirib ki, raket qalıqları açıq əraziyə düşüb
Dünya00:16 24.05.2022