Bakı 16˚C Partly sunny

Ərdoğan Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasından təsirləndi - FOTO/VİDEO

Maraqlı 12:08 16 fev, 2022

Ziyarət zamanı Türkiyə Prezidenti Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan mahnılarını dinləyib

Ərdoğan Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasından təsirləndi - FOTO/VİDEO

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən "Expo-2020" sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.

Qazet.az xəbər verir ki, ziyarət zamanı Türkiyə Prezidenti Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan mahnılarını dinləyib.

Prezident xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın ifasından təsirləndiyini ifadə edib. Bu haqda Türkiyə prezidenti "Real Tv"yə eksklüziv müsahibəsində bildirib. 

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Expo 2020 Dubai" beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu da təqdim edilir. Sərgi bu ilin martın 31-dək davam edəcək.