Bakı 12˚C Sunny

Ermənilər öz talelərini belə özləri həll etmir - Ermənistan nəşri

Gündəm 18:25 18 okt, 2021

Ermənistanın Hraparak nəşri ölkədəki acınacaqlı vəziyyəti izah edib

Ermənilər öz talelərini belə özləri həll etmir - <span style="color:red">Ermənistan nəşri</span>

“Əvvəlcə koronavirus, sonra müharibə bizi qlobal dünyaya daha da yaxınlaşdırdı. Xəbərlərdə izlədiyimiz Suriya, İraq və Livanda gedən müharibələr isə çox uzaq görünürdü və yalnız 2020-ci ilin payızında bizim qapımızı da döyə biləcəyi məlum oldu”. 

Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Müəllif qeyd edib ki, dünya həqiqətən də həm yaxşı, həm də pis mənada daha qlobal, daha çox bağlı və birləşmiş hala gəlir.

“Kiçik və uğursuz dövlətlər isə getdikcə güclülərdən asılı vəziyyətə düşür. Belə bir təəssürat var ki, biz artıq dövlətimizin, millətimizin və hətta fərdi şəxsiyyətimizin taleyini özümüz həll etmirik. Üstəlik də ölkəmiz daxilində qərar verilmir”, - deyə nəşr yazıb.

Mənbə