Bakı 18˚C Intermittent clouds

Ermənilər təxribata əl atdı

İdman 08:54 10 avq, 2022

Ermənistanın “Pünik” komandası ilə Serbiyanın “Srvena Zvezda” komandası arasında  görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb

Ermənilər təxribata əl atdı

Ötən gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən Ermənistanın “Pünik” komandası ilə Serbiyanın “Srvena Zvezda” komandası arasında  görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Qazet.az xəbər verir ki, “Pünik” azarkeşləri İrəvanda keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.

Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Pünik” -“Düdelanj” matçı zamanı da ermənilər təxribata yol açmışdı. 

İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi.