Bakı 22˚C Sunny

"Ermənilərin belini bir dəfəlik qırdıq" - Vahid Əziz

Eksklüziv 14:26 11 okt, 2021

Bununla həm də Azərbaycanın mədəni dəyərlərə üstünlük verdiyini ifadə etdik

"Ermənilərin belini bir dəfəlik qırdıq" - <span style="color:red">Vahid Əziz</span>

Ordusu, xalqı, siyasi rəhbərliyi ilə birgə bütün Azərbaycan Vətən Müharibəsi zamanı vəhdət göstərdi. 

Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrildi və əsrlər boyu yaddaşlara həkk olunacaq. 

Qazet.az “44 GÜN” adlı yeni layihəsində şanlı savaş tariximizin hər bir günü Azərbaycan ziyalılarının yaşantılarını parça-parça, damcı-damcı bir bütövə toplayır. Bu gün 30-cu gündür.

44 GÜN LAYİHƏSİ
 

 

Azərbaycanın xalq şairi Vahid Əziz İkinci Vətən müharibəsi və Şuşa səfərilə bağlı Qazet.az-a müsahibə verib

 

–  İkinci Qarabağ müharibəsinin başlanılması ilə bağlı gözləntiniz var idimi?
– Düzü, mən gözləmirdim müharibə olsun, amma müharibə olanda isə çox sevindim. Sevindim ona görə ki, Azərbaycan xalqı öz gücünü göstərdi və qanla da olsa, otuzillik torpaq həsrətinə son qoyacağını göstərdi. Ali Baş komandan xalqına, orduya inandı və müharibəni başlatdı. Azərbaycan Ordusu da mərdliklə vuruşub qələbə qazandı və bununla da ermənilərin belini bir dəfəlik qırdıq. Döyüş ruhumuzdan, qələbəmizdən bütün dünya danışdı. Bu isə çox qürurludur və hər bir azərbaycanlının fəxrlə ifadə edəcəyi qələbə oldu. 


- Yaradacılığınızda qələbəmizə həsr edəcəyiniz yeni yazınız varmı?
– Müharibə başlayan gündən və ondan da öncə bununla bağlı kitablar çıxarmışam. İndi isə məhz qələbə günün bir illiyinin tamam olması münasibətilə zəfərimizə həsr etdiyim kitabı çıxaracam.


- Müharibədən sonra Şuşada olmusunuz?
– Müharibədən sonra Şuşada olmuşam. Həmin dəvət mənim üçün çox özəl idi. Ölkə başçısının da iştirak etdiyi tədbirdə mənim də yer almağım və bu tədbirin Şuşada olmasının bir başqa xüsusiyyəti varıydı, çünki bu tarixi an idi. “Xarıbülbül” festivalı, “Vaqif poeziya günləri” həm Qarabağa öz mədəniyyətinin geri qaytarılmasında ilk addım idi, həm də qələbəmizi bütün dünyaya göstərməyimiz idi. Bununla da hər zaman döyüşə hazır olmağımızı göstərməklə yanaşı, həm də Azərbaycanın mədəni dəyərlərə üstünlük verdiyini ifadə etdik.


–  Şuşada olarkən hansı hissləri keçirdiniz? Qarabağ sizi necə qarşıladı?
– Düzdür, qəribə hisslər içindəydim. Şuşa o qədər gözəl idi ki, elə bil heç orada müharibə olmayıb. Al-əlvan qoxusuyla, füsünkar duruşuyla Şuşanı bir igidə bənzətdim. Mənə xoş gəldin deyib, sanki öz ağuşuna aldı. Bizim qələbəmiz bizi Şuşaya geri qaytardı, indi isə Şuşamızın, ən əsası isə Qarabağımızın otuzillik yaralarını sarmaq vaxtıdır. 
Azərbaycan müharibədən çıxan bir ölkə olmasına baxmayaraq Şuşada 8 ayda bir çox işlər görülüb və artıq Şuşa dəyişim dövrü keçirir. Belə qısa müddətdə Şuşada 100 illik bir yenilik yaşanır və hazırda orada bərpa işləri yüksək səviyyədə aparılır. Qısa zamanda Qarabağ, mədəniyyət beşiyimiz Şuşa böyük qayıdışa tam hazır olacaq.
 

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.