Bakı 14˚C Sunny

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub - Rəsmi

Gündəm 21:36 19 may, 2022

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub - Rəsmi

Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.