"Ermənistan hökuməti xalqı maraqlandıran suallara cavab verməyib" - Koçaryan
Aktual10:1622 iyul, 2021

Bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryan dünən yerli televiziyalara verdiyi müsahibəsində danışıb

"Ermənistan hökuməti xalqı maraqlandıran suallara cavab verməyib" - Koçaryan
Bizi-da oxuyun

"Ermənistan hakimiyyət orqanlarının Qarabağ məsələsinə ağlabatan bir yanaşması yoxdur".

Qazet.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryan dünən yerli televiziyalara verdiyi müsahibəsində danışıb.

“Azərbaycan Prezidenti və deputatlar açıq şəkildə Qarabağ məsələsini həll etdiklərini söyləyirlər. Ermənistan rəhbərliyindən ağlabatan, anlaşılan bir açıqlama və ya yanaşma eşitmisinizmi? Mən eşitməmişəm. Konsepsiya yoxdur, yanaşma yoxdur, sadəcə axınla gedirik. Tanrı bilir, axırda nə olacaq", - Koçaryan qeyd edib.

Koçaryan bu günə qədər hökumətin Şuşanın, Hadrutun itirilməsi ilə bağlı cəmiyyəti maraqlandıran bir sıra suallara cavab vermədiyini də bildirib.

Onun sözlərinə görə, bu sualların mövcudluğu daxili siyasi böhranın həll olunmadığını göstərir.

Kanan Abid

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Fikriniz

  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0