Bakı 15˚C Mostly sunny

Ermənistan müxalifəti delimitasiya mövzusunda təcili müzakirəyə başlayıb

Siyasət 19:53 25 okt, 2021

“Hakimiyyət reallıqdan qaçır" 

Ermənistan müxalifəti delimitasiya mövzusunda təcili müzakirəyə başlayıb

Sabah Ermənistan parlamentində sərhədlər və delimitasiya ilə bağlı təcili müzakirə keçiriləcək. 

Qazet.az xəbər verir ki, bu barədə “News.am” saytı məlumat yayıb. 

Məlumata əsasən, bunu oktyabrın 25-də jurnalistlərlə görüşündə “Mənim şərəfim var” blokundan deputat Tiqran Abramyan deyib.

O, izah edib ki, “Ermənistan” və “Mənim Şərəfim Var” fraksiyalarının təşəbbüsü ilə keçirilən müzakirələr saat 14:30-dan 16:00-a kimi davam edəcək.

“Hakimiyyət reallıqdan qaçaraq bu müzakirələrə qatılmamaq və cəmiyyəti narahat edən suallara cavab verməmək üçün hər şeyi etdi. Açığı, iqtidarın gizlətdiyi nə isə var, sərhəddəki proseslərə pərdə asmaq istəyirlər, müxalifət deputatlarının ayrı-ayrı məkanlarda deyilənləri lentə almasını istəmirlər. Mənim Sotk-Xoznavar bölməsinə buraxılmamağım bu şübhələri daha da gücləndirib”, - deyə deputat qeyd edib.


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.