Bakı 7˚C Sunny

Ermənistan Parlamenti Qarabağla bağlı məsələdən imtina etdi

Gündəm 16:28 27 okt, 2021

Ermənistan Parlamentində Qarabağla bağlı müzakirələr aparılıb

Ermənistan Parlamenti Qarabağla bağlı məsələdən imtina etdi

Ermənistan Parlamentində səs çoxluğu ilə “Arsax”la bağlı məsələ müzakirədən çıxarılıb.

Qazet.az erməni mediasına istinadla xəbər verir ki, bu gün Parlamentdə müxalifətdən olan “Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarının təqdim etdiyi sənəd komissiya tərəfindən qəbul edilməyib.

Ermənistan hökuməti Qarabağın onun olmadığını  və heç zaman da olmayacağını dolayısı yolla ermənilərə çatdırmaq istəsə də, müxalifətçilər onları vətənə xəyanətdə günahlandırıb. “Mənim şərəfim var” blokundan deputat  Anna Mkrtçyan “Vətənə xəyanət başqa cür necə olur?”, deyə parlamentarilərə sual verib.

Belə aydın olur ki, artıq Ermənistan Qarabağdan birdəfəlik əlini üzüb.

Mənbə