Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün Rusiyaya müraciət edib
Siyasət16:3825 noyabr, 2021

Bu barədə Rusiya XİN başçısının sözçüsü söyləyib

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşması üçün Rusiyaya müraciət edib
Bizi-da oxuyun

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaqla bağlı vasitəçilik etməsi üçün Rusiyaya müraciət edib.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Mən təsdiqləyə bilərəm ki, Ermənistan Yerevanla Ankara arasında münasibətlərin normallaşması üçün Moskvaya müraciət edib. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasında maraqlıdır və dəfələrlə bu barədə bəyan edib. Rusiya hətta iki ölkənin münasibətlərinin normallaşması prosesinə səy göstərib. Bizim ölkə bundan sonra da yardım etməyə hazırdır. Bu prosesə başlanılması şübhəsiz ki, bütün regionda cəmiyyətin sağlamlaşmasına və mehriban qonşuluq və etimad mühitinin formalaşmasına kömək edərdi. İndi bu xüsusi ilə aktualdır. Bu istiqamətdə yeni məqamlar olacağı təqdirdə sizi məlumatlandıracağıq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Mənbə

Fikriniz