"Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından çəkinməlidir" - İlham Əliyev
Siyasət10:5113 aprel, 2021

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib

title
Bizi-da oxuyun

"Münaqişənin gedişində də bir neçə dəfə bu barədə danışıb demişdim ki, Ermənistan kimi kiçik, yoxsul və zəif bir ölkənin Türkiyə kimi böyük və güclü bir ölkəyə qarşı ərazi iddialarının olması tamamilə qəbuledilməz və qəribədir".

Qazet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Və bildiyim qədəri ilə, Türkiyə hökuməti addımlarını çox konstruktiv bir şəkildə planlaşdırır, lakin əlbəttə ki, onlar adekvat bir cavab almalıdırlar. Birincisi, Ermənistan nə etməlidir. Onlar Türkiyəyə qarşı ərazi iddialarından çəkinməlidirlər. Konstitusiyanı yenidən yazmalıdırlar. Yeni bir konstitusiya qəbul etməlidirlər. Onlar bunu etməyi planlaşdırırlar. Ancaq bu, hökumətin siyasi gündəmi üçündür. Hökumət siyasi mövqeyini gücləndirmək istəyir. Ancaq düşünürəm ki, mən onlara yaxşı məsləhət verə bilərəm. Onlar Türkiyəyə qarşı ərazi iddialarını konstitusiyalarından çıxarmalıdır. Mən bilmirəm hansı ölkənin konstitusiyasında başqa bir ölkəyə qarşı ərazi iddiası var”, - Prezident qeyd edib.

--

You can read this article in English here.

Fikriniz

  • 1
  • 1
  • 0
  • 0
  • 0
  • 0