Bakı 21˚C Sunny

Ermənistanda hərbçiləri ilə fərarilik edən komandir həbs olundu

Gündəm 02:11 26 noy, 2021

Ermənistan silahlı qüvvələri noyabrın 16-da sərhəddə təxribat törətdikdən sonra bu ölkədə həbslərə başlanılıb.

Ermənistanda hərbçiləri ilə fərarilik edən komandir həbs olundu

Ermənistan silahlı qüvvələri noyabrın 16-da sərhəddə təxribat törətdikdən sonra bu ölkədə həbslərə başlanılıb.

“Qazet.az” xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan feysbuk səhifəsində yazıb. O bildirib ki, 10 döyüş mövqeyinə cavabdeh olan batalyon komandiri G.G. həbs edilib: 

“Mayor döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin etmədi, xüsusən də düşmənə müqavimət təşkil etmədi. O, daha 7 hərbçi ilə birlikdə mövqedən qaçıb, nəticədə 11 əsgər əsir düşüb, 2 nəfərin meyiti noyabrın 17 və 19-da Ermənistan tərəfinə verilib, post düşmənin nəzarətinə keçib”. G.G.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (Döyüş vəzifəsini və ya hərbi xidmət keçmə qaydalarını pozma) ilə cinayət işi başlanıb. Bu maddə üzrə daha bir müqaviləli hərbçi saxlanılıb.