Bakı 15˚C Windy

"Ermənistanın Türkiyəylə əlaqə qurmağa çalışmasına şübhə edirəm": Tofiq Zülfüqarov - EKSKLÜZİV

Eksklüziv 16:32 20 sen, 2021

Sabiq XİN başçısı Ermənistanın Türkiyəyə yanaşmasından danışdı

"Ermənistanın Türkiyəylə əlaqə qurmağa çalışmasına şübhə edirəm": Tofiq Zülfüqarov - <span style="color:red">EKSKLÜZİV</span>

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş Naziri İrakli Qaribaşviliyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istədiyini bildirib.

Bununla bağlı, Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə olan görüşündə bildirib. Türkiyə Prezidenti deyib ki, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır:

“Gürcüstanın Baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik əlaqələrə başlayar”. 

Qazet.az aparılan danışıqlar və Ərdoğanın şərtləri ilə bağlı Azərbaycanın sabiq Xarici İşlər Naziri Tofiq Zülfüqarovun fikirlərini alıb.

Tofiq Zülfüqarov Ermənistanın yeni reallığı qəbul edib danışıqlara getməsinə şübhəylə yanaşdığını bildirib: “Ermənistan indiki vəziyyətdə başa düşür ki, Türkiyə ona lazım olan qonşu ölkədir. Həm tranzit baxımdan, həm də digər siyasi mövzularda vacibdir. Amma Ermənistanın Türkiyəyə yanaşması hələ də köhnə siyasətin yeni şəraitdə həyata keçirilməsidir”, deyə sabiq nazir fikrində bilidirib.

Keçmiş diplomat Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına diqqət çəkib. O, bu əlaqələrin qurulması üçün ilkin olaraq Ermənistan hökümətinin ictimaiyyətdə düzgün mövqe formalaşdırmaq lazım olduğunu da əlavə edib.

“Ermənistanın Türkiyəyə qarşı olan ərazi iddiaları həm müstəqillik bəyənamasında, həm də konustitusiyada qeyd olunub. Bir sözlə, belə əsasları olan Ermənistanın Türkiyəylə əlaqə qurmağa çalışmasına şübhə edirəm”

Tofiq Zülfüqarov
sabiq XİN rəhbəri

“Ermənistanın Türkiyəyə qarşı olan ərazi iddiaları həm müstəqillik bəyənamasında, həm də konustitusiyada qeyd olunub. Bir sözlə, belə əsasları olan Ermənistanın Türkiyəylə əlaqə qurmağa çalışmasına şübhə edirəm”, deyə Tofiq Zülfüqarov bildirib.

Türkiyə Prezidentinin “Zəngəzur dəhlizinin açılıb-açılmaması siyası məsələdir” fikrini səsələndirməsi o bölgədə yerləşən ölkələrin dəhlizə olan xüsusi diqqətinə görədir. Bölgədən uzaq olan Rusiyanın belə Zəngəzur dəhlizinə xüsusi marağı olması, məsələni daha da önəmli edir.

“Rusiya sərhədçilərinin təhlükəsiziliyi yaratması şərtilə Zəngəzur dəhlizi fəaliyyət göstərməlidir. Dəhlizin fəaliyyəti zamanı Naxçıvanla əlaqənin hansısa bir mərhələsinin təhlükəsizliyinə Rusiya sərhədçiləri nəzarət etməlidir. Ərdoğan da ifadəsində fikrimcə bu məqama toxunur”, deyə Tofiq Zülfüqarov bildirib.

“Ermənistan kommunikasiya olaraq dəhlizi açmaq istədiyini deyir, amma 10 noyabr tarixində bağlanan sazişə əsəsən iki dəhliz nəzərdə tutulub. Dəhlizin biri barəsində Naxçıvanla əlaqəni təmin edəcəyi deyilir, Zəngəzur barəsində isə dəhliz olacağı yazılmayıb. Amma məna baxımından hər ikisi də dəhlizdir. İndi uzunmüddətli əlaqələrin qurulması üçün əsas addımı Ermənistan atmalıdır”, deyə Tofiq Zülfüqarov bildirib.

Sabiq nazir Ermənistanın Azərbaycana qarşı iddialarından əl çəkməli və yeni şəraitə uyğun siyasət yeritməli olduğunu deyib.

 “Bu yaxınlarda Ermənistan höküməti növbəti ilin təqribi 100 səhifəlik planını ictimaiyyətə açıqlayıb. Bu planda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa aid müxtəlif layihələr və maliyyələşmələr nəzərdə tutulub. Azərbaycan onlardan bu planlardan əl çəkmələrini tələb edir. Məhz İkinci Qarabağ müharibəsinin mahiyyəti Ermənistanın işğalçı siyasətinə son qoymaqdır. Amma bu gün Ermənistan yeni şəraitdən fərqli olaraq ikinci dərəcəli mövzuları irəli atıb, ortalığı qarışdırmağa çalışır və bu qəbuledilməzdir. Əgər Ermənistan müharibəyə son qoymaq və siyasi əlaqələrə istəyirsə, ilk növbədə apardığı düşmənçilik siyasətinə son qoymalıdır” deyə Tofiq Zülfüqarov fikrini tamamlayıb.

Dönməz Hüseyin


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.